Qadının pulqabısını aparan şəxslər tutulublar
1 Oktyabr 2018 18:00 KriminalPaytaxt sakini olan bir qadının pulqabısını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də paytaxt sakini olan bir qadının içərisində 1000 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Qurbanov və Elşən Cəfərov Nizami rayonunun ərazisində saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31