Evdən pul aparan ələ keçib

Binəqədi rayonu ərazisindəki evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a  verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də və 28-də rayon ərazisindəki 2 evdən 500 ABŞ dolları və bijuteriya oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Polad Puladov saxlanılmışdır. Onun sentyabrın 5-də Binəqədi qəsəbəsindəki evlərin birindən 370 manat oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31