Sumqayıtda avtobus "Shacman"la toqquşdu: 2 ölü, 15 yaralı var (YENİLƏNİB)
30 Sentyabr 2018 10:01 KriminalSumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.
Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31