4 avtamobili qarət edən şəxsin əlləri qandallanıb

Gəncə şəhərinin Nizami rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, cari il iyunun 11-dən sentyabrın 6-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən akkumulyator, fara və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nadir Məmmədov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31