Sumqayıtda silsilə oğurluqla məşğul olan şəxs yaxalanıb
28 Sentyabr 2018 18:27 KriminalSumqayıt şəhərində silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-dən avqustun 31-dək olan müddətdə şəhər ərazisindəki 1 evdən 2 ədəd qızıl diş, 1 avtomobildən maqnitofon, səsgücləndiricilər və videoqeydiyyat qurğusu, habelə 1 mağazadan spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahmud Orucov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31