Sumqayıtda 6 evi qarət edən şəxs ələ keçib

Sumqayıt şəhəri ərazisindəki 6 evdən oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-dən sentyabrın 5-dək olan müddətdə şəhər ərazisindəki 6 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Şirməmmədov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31