Lənkaran sakini qohumunu baltalayara qətlə yetirib

Qohumuna balta ilə xəsarət yetirən Lənkəran  sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 27-də Lənkəran rayonunun Vilvan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi olan qohumu Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirmişdir. Nəticədə S.Yusubov hadisə yerində ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə M.Əzimov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31