Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlandı

Rusiyada axtarışda olan şəxs Bakıda saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Timur Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31