Anbar 50 ədəd məişət avadanlığı ilə birgə yanıb
28 Sentyabr 2018 18:06 KriminalBakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 2300 m² olan birmərtəbəli tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə tikilinin içərisində 80 m² sahəyə yığılmış 50 ədəd məişət avadanlığı yanıb. Tikili və içərisində olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31