Toyuq oğurluğu ilə məşğul olan keçmiş məhkum saxlanıb
27 Sentyabr 2018 17:52 KriminalKəpəz rayonu ərazisindəki həyətyanı sahələrin birindən 63 ev quşu oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən sentyabrın 15-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 63 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mərdanov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31