Avtomobil qaçıran şəxs saxlanıb
27 Sentyabr 2018 17:44 KriminalBakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 23-cü PB və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də Müsamir Qasımova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Həbib Hüseynov paytaxt ərazisində avtomobillə birgə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31