Bakıda 13 evi qarət edən ələ keçdi

Xəzər rayonu ərazisindəki 13 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "OLaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 25-dən cari il avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 13 evdən pul, rəsm əsəri, kombi aparatı, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Danıyev saxlanılıb. Onun Suraxanı RPİ tərəfindən Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31