Samux sakinini evində marixuana aşkar edilib
27 Sentyabr 2018 17:36 KriminalSamux rayonunda yaşayan N.Əliyevin evindən marixuana götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonunun Tatlı kəndində yaşayan Nizami Əliyevin evindən 365 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31