Kəpəzdə 4 evi qarət edən tutulub

Kəpəz rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 25-dən cari il avqustun 18-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Asim Məhərrəmov saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31