4 avtomobilin akkumulyatorunu oğurlayan ələ keçib

Yasamal rayonu ərazisindəki avtomobillərdən oğurluq edən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 12-dən cari il iyulun 19-dək olan müddətdə rayon ərazisindəki 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Əliyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31