Yol ayrıcına çırpılan “KamAz”ın sürücüsü ölüb

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi "KamAZ" markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31