Sumqayıtda 4 otaqlı ev yanıb
26 Sentyabr 2018 17:22 KriminalSumqayıt şəhərində vətəndaşa məxsus 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və ətrafda olan 2 m2 taxta tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31