İsmayıllı sakininin evindən narkotik vasitə götürülüb

İsmayıllı rayon sakininin evində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşqurt kənd sakini, əvvəllər məhkum olunmuş Anar Zeynalovun evindən çəkisi 4 kiloqram 240 qram marixuana və 12 ədəd çətənə kolu, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31