Bakıda quldurluqla məşğul olan şəxs saxlanıb
25 Sentyabr 2018 17:25 KriminalPaytaxt Bakıda quldurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 24-də paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan N.Rəşidovanın baş nahiyəsinə yumruqla vuraraq mobil telefonunu almışdır. 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31