Bank hesabından pul oğurlayan ələ keçib

Bərdə rayon sakini A.Xanlarovun bank hesabından oğurluq edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Alaçadırlı kənd sakini A.Xanlarovun bank hesabından 330 manat çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakini Kənan Məmmədov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31