Deformasiyaya uğramış avtomobildən 2 meyit çıxarılıb
24 Sentyabr 2018 17:52 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində "Mercedes" və "VAZ" markalı iki minik avtomobili toqquşub.
Gövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1975-ci il təvəllüdlü Babayev Yalçın Namaz oğlunun və 1 nəfərin (şəxsiyyəti məlum deyil) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31