Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib
24 Sentyabr 2018 17:48 KriminalGədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kiloqram olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən isə 105 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31