Dəniz sahilində naməlum meyit tapılıb

Sentyabrın 20-si saat 8 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a  verilən məlumata görə, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib.

Onun xarakterik əlamətləri : boyu 175-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır. Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub. Şəxsiyyəti məlum olmayan şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31