Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

Nərimanov rayonu ərazisindəki evlərin birindən pul və məişət əşyaları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayı ərzində rayon ərazisindəki evlərin birindən 212 manat və məişət əşyaları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31