“Hyundai”in vurduğu piyada xəstəxanada keçinib

Binəqədi rayonu ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 20-də saat 20 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Cavid Baxışov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əliqulu Cabbarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31