Avtomobil metal dirəyə çırpılıb-ölən və yaralanan var

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı metal dirəyə vurmuşdur. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölmüşlər. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31