Oyun zallarını qarət edən dəstə ələ kecib
21 Sentyabr 2018 17:12 KriminalOyun zallarından oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Səbail rayonunun Xanlar küçəsindəki oyun zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31