Evləri qarət edən şəxslər tutulublar

Bakıda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə,  Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.

Daxil olmuş müraciət əsasında Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının "isti izlər"lə keçirdikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.

Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31