Qadının boyunbağısını alıb qaçan şəxs tutulub
20 Sentyabr 2018 17:31 KriminalXətai rayonu ərazisindəki soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 12-də N.Tusi küçəsindəki evlərin birinin girişində S.Abdullayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elcan Əliyev saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31