Naqil oğruları ifşa ediliblər

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.  Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlı olduqları müəyyən edilib. RPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31