Hacıqabul sakinindən ov tüfəngi götürülüb

Hacıqabul rayon sakinində sənədləri olmayan ov tüfəngi aşkar edilib. DİN-dən "OLaylar2a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarasu kənd sakini Nicat Abdullayevin evindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31