26 baş qoyun oğurlayan ifşa edilib

Xızıda heyvan oğruları ifşa ediliblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də rayon sakini İlkin Heybətovun  yardımçı təsərrüfatından 26 baş qoyun oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31