Qadının çantasını alan keçmiş məhkumlar ələ keçiblər

Bakıda qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Bakı şəhər sakini T.Vəliyevanın içərisində pulu, mobil telefonu və sənədləri olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Feyzullayev və Faiq Əliyev saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31