Evdən 12000 manatlıq qızıl aparanlar tutulublar
19 Sentyabr 2018 17:48 KriminalNovxanı qəsəbəsindəki evlərin birindən pul və qızıl -zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Novxanı qəsəbəsindəki evlərin birindən 200 manat pul və 12000 manat dəyərində qızıl -zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Qasım Abdullayev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31