Kürdəmirdəki qətlin üstü açılıb

Kürdəmirdə qətl hadisəsi törədilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada dünyasını dəyişib.  Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi "Girsan" markalı ov tüfəngi götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31