“London Taxi”nin sürücüsünü qarət edənlər tutulublar

Nəsimi rayonu ərazisində "London Taxi" markalı avtomobildən soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a vüeilən məlumata görə, sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış "London Taxi" markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçmışdır. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçmışlar. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılmışlar.    Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31