Abşeronda evdən 6 min dollar oğurlayan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Toğrul Xəlilovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 6000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31