Ölkədə 13 adam oğurluğu törədilib
19 Sentyabr 2018 17:12 Kriminal2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 12844 cinayət faktı qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən qeydə alınmış cinayətlərdən 13-ü adam oğurluğu ilə bağlıdır. Rəsmi məlumata görə, həmin faktlardan 10-u evlənmək məqsədilə qadın oğurluğu (qızqaçırma) kimi sənədləşdirilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu faktların statistikası aparılarkən Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsaslanıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31