Mağazanı qarət edənlərin qoyun oğrusu olmaları müəyyən edilib
18 Sentyabr 2018 17:37 KriminalOğurluq etdiklərinə görə tutulmuş bir qrup şəxsin digər oğurluq cinayətlərini törətmələri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Raiq Qədirovun, Cəlal Miriyevin və Əmanət Umudovun ətraflarında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Ə.Umudovun mağazaların birindən 507 manat, R.Qədirovun və C.Miriyevin isə 2 həyətdən 6 baş qoyun oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31