Göygöldə restoran yanıb
18 Sentyabr 2018 17:25 KriminalGöygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 300 m2 olan tikildə (restoran kimi fəaliyyət göstərir) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə restoranın dam örtüyünün yanar konstruksiyaları, 10 ədəd kabinanın 7 ədədi və içərisindəki əşyalar 150 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik sauna yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31