“Mercedes” və “VAZ 2107” toqquşdu - ölən və yaralanan var
17 Sentyabr 2018 17:26 KriminalŞəmkir rayonunun Şiştəpə kəndi ərazisində "Mercedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sentyabrın 16-da saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakinləri Yaşar Həsənovun idarə etdiyi "Mercedes" və Vəkil İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.İsmayılov hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31