Avtoqəzada 1 nəfər ölüb, 3-ü xəsarət alıb

Ağsu rayonunun Daşdəmirbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 16-da saat 20 radələrində Ağsu rayonunun Daşdəmirbəyli kəndi ərazisində Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi "VAZ-21011" və Lerik rayon sakini Hidayət Nuriyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşmuşdur. Nəticədə H.Usubov və 3 sərnişini, habelə H.Nuriyev və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Əlifağa Məmmədov orada ölmüşdür.Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31