Qadının pulqabısını alan yeniyetmə yaxalanıb

Xətai rayonunda qadının pulqabısını alan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 16-da Xətai rayonunun Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 1030 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ondan almışdır. Hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini olan bir yeniyetmə Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 36-cı PB-yə təhvil verilmişdir. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31