Avtomobildən ayaqqabı oğurlayan ələ keçib
17 Sentyabr 2018 17:10 KriminalQaradağ rayonu ərazisindəki avtomobillərin birindən 10 cüt ayaqqabı oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki avtomobillərin birindən 10 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluq törətdiyinə görə məhkum olunmuş Taleh Atamalıyev saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31