Avtomobil vuran piyada hadisə yerində ölüb

Sabirabad rayonunun Zəngənə kəndi ərazisində "Mercedes" markalı avtomobillə rayon sakini H.Məhərrəmov vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə,  Sentyabrın 16-da saat 17 radələrində Sabirabad rayonunun Zəngənə kəndi ərazisində Yolçubəyli kənd sakini Sadəli Şahlarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Hakim Məhərrəmovu vurmuş və nəticədə piyada  hadisə yerində ölmüşdür. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31