Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib
14 Sentyabr 2018 18:26 KriminalŞamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi "Nissan" və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi "UAZ" markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Niyazov hadisə yerində ölmüş, xəsarət almış B.İmaməliyev xəstəxanada yerləşdirilmişdir. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31