40 min manatlıq ehtiyat hissəsi oğurlayan dəstə saxlanıb
14 Sentyabr 2018 18:22 KriminalAvqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31