Oğrunun digər əməlləri aşkar edilib
13 Sentyabr 2018 18:22 KriminalOğurluq etdiyinə görə tutulmuş Faiq Xəlilovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Faiq Xəlilovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 9-da Məmmədli kəndindəki evlərin birindən 1 ədəd televizor, 1 ədəd noutbuk, 8 ədəd kamera və digər məişət əşyalarını oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31