Bir qrup şəxsdən balıq kürüsü götürülüb
13 Sentyabr 2018 18:14 KriminalSəbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən nərə balığının kürüsü götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31