Keçmiş məhkumun həyətində çətənə kolu aşkar edilib

Əmircan qəsəbə sakininin həyətyanı sahəsində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Suraxanı rayonu ərazisində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sultanbaba Sultanovun həyətyanı sahəsindən 1 kiloqram 310 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31